Əsas Səhifə > İqtisadiyyat > belini bükür, hökumət isə problemi görməzdən gəlir...”

belini bükür, hökumət isə problemi görməzdən gəlir...”


23-11-2022, 11:35

“Bahalaşma insanların belini bükür, hökumət isə problemi görməzdən gəlir...” – Natiq Cəfərli

"2022-ci ilin yanvar-oktyabr, yəni ilin ilk 10 ayında ölkəyə 33 806 ton ət məhsulu idxal edilib, bir kq ətin idxal qiyməti 3 manat 6 qəpik olub".

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Ekspert bahalaşmaya səbəb olan amillərdən danışıb:

 

"Eyni dövrdə ölkəyə 15 494 ton kərə yağı idxal olunub və bir kq kərə yağının idxal qiyməti 9 manat 69 qəpik təşkil edib. Ət və ət məhsullarının, kərə yağının pərakəndə satışda çox yüksək qiymətlərlə satılmasının əsas səbəblərindən biri məhz 18%-lik ƏDV-dir. Aylardır ki, təklif vermişik, amma hökumət müzakirəyə belə çıxartmaq istəmir, çünki deməyə sözü, əks-arqumenti yoxdur – pərakəndə satışda ərzaq məhsullarının ƏDV-si kəskin azaldılmalıdır, 18%-dən 2%-ə endirilməlidir, bu qiymətlərin tənzimlənməsində ciddi rol oynayacaq".

Ekspert Mərkəzi Bankın müstəqil olması ilə bağlı təklif irəli sürüb:

 

"İnflyasiya, qiymət artımı insanların belini bükür, kasıblaşdırır, real gəlirlər azalır, hökumət isə bu dərinləşən problemi görməzdən gəlməklə məşğuldur. Ölkədə 30 ildə normal iqtisadi institutlar, sistem qura bilməyiblər ki, inflyasiya ilə, məsələn, Mərkəzi Bankın uçot dərəcəsi kimi alətlərlə mübarizə aparmaq mümkün olsun. Bizdə MB-ın uçot dərəcəsi formal, mənasız bir alətdir, çünki MB-ın özü formal, hökumətdən asılı qurumdur, halbuki, MB dövlət qurumu olmalı, müstəqil siyasət yeritməlidir".


Geri qayıt