Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
ANS PRESS-in məlumatına görə, ötən gün “Brent” nefti 32.31 dollardan 34.54 dollara qalxsa da bu dəqiqəyə olan xəbərə görə neft yenidən ucuzlaşaraq 33,55 dollar olub.
“Texas” markalı neftin qiyməti də ucuzlaşıb. Belə ki, “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti 34.00 dollardan 33,16 dollara düşüb.
Mənbə: Bloomberg
“AzəriLayt” markalı neft isə cüzi də olsa bahalaşıb. “AzəriLayt”ın bir barelinin qiyməti 0,02 dollar bahalaşaraq 35,79 dollar təşkil edib.
Qızılın qiymətində isə ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qiymətli metalın 1 qramı 35,38 dollardır. Ötən gün isə 35,47 dollar olub. Gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.
Mənbə: Bloomberg
Milli valyutamız olan manatın məzənnəsi avro və dollar qarşısında öz dəyərini itirməyə davam edib. Azərbaycan Mərkəzi Bankı qarşıdan gələn 3 gündə dolların manata qarşı rəsmi məzənnəsi açıqlanıb
Yanvarın 11-ə USD/AZN rəsmi məzənnəsi 1,5642 səviyyəsində müəyyən olunub. Beləliklə, dolların manata qarşı rəsmi məzənnəsi dəyişməyib. Belə ki, bu gün də USD/AZN rəsmi məzənnəsi 1,5642 olub.
Qeyd edək ki, bu məzənnə 9-11 yanvar tarixlərində qüvvədə olacaq. Son rəsmi məzənnə belədir: 1 dollar - 1.5642 AZN, 1 avro 1.7009 AZN, 1 rubl 0.0209 AZN.
Mənbə: Azərbaycan Mərkəzi Bankı