“AZƏRPOÇT”un ofisindən içərisində pul olan seyf oğurlandı

Zaqatalada “Azərpoçt” MMC-nin filialı qarət olunub.

Rayonun Muğanlı kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında “Azərpoçt” MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb.

Zaqatala Rayon Polis Şöbəsindən sayta faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.






Fikirlər