Bakıda silahlı insident - YARALI VAR

Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə ötən gecə Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, Ramid Əzizağa oğlu Rəhimov aralarında yaranmış mübahisə zəminində tanışı, Tərlan Ağarəsul oğlu Dadaşov öldürmək məqsədi ilə güllələyib. Nəticədə T. Dadaşov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həyata  keçirilən tədbirlər nəticəsində R. Rəhimov tutulub. Ondan hadisədə istifadə etdiyi kustar üsulla hazırlanmış silah götürülüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
AzerTaym.az






Fikirlər