HƏBSDƏ olan FƏDAYƏ Laçından ÜZÜCÜ XƏBƏR

Həbsdə olan Fədayə Laçından üzücü XƏBƏR

"Həbsdə olan müğənni Fədayə Laçının səhhəti yaxşı deyil"

Bu barədə müğənninin vəkili Türkəl Süleymanlı məlumat verib. Hazırda iş üzrə istintaqın davam etdiyini deyən vəkil F.Laçının hər həftə ailəsi ilə əlaqə saxladığını vurğulayıb.

"Qrup cinayəti olduğuna görə, ola bilsin ki, istintaq uzun müddət davam etsin. Fədayə xanımın saxlanma şəraitindən şikayəti yoxdur. Ailəsi ilə əlaqə saxlayır, istəklərini bildirir", – deyə vəkil söyləyib.

Xatırladaq ki, 2017-ci ildə oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.(Azvision.az)






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi