PROKUROR "Krit Araz"a cəza istədi - kriminal dəstə ÜZVLƏRİNİN İŞİ

Kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov hakim qarşısına çıxarılıb. O, dəstə yaradaraq cinayət əməlləri törətməkdə itiham edilir. İttihama görə o, cinayət əməlini həbsdə olarkən törədib.

Musavat.com xəbər verir ki, Araz Fərəcovla birlikdə dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Elşən Əliyev və Xəyyam Qurbanlı da hakim qarşısına çıxarılıb.

Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror Araz Fərəcovun 10 il 7 ay, Vüqar Musayev , Elşən Əliyev və Renad Zahirovun 10 il, Namiq Babayevin 7 il, Elməddin Şahbazovun digər cəzasının bu cəza ilə birləşdirməklə 18 il, Xəyyam Qurbanlının isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İtthama görə, 8 saylı Cəzaçəkmə Məntəqəsində cəza çəkən Araz Fərəcov mütəşəkkil dəstəyə rəhbərlik edib. Dəstə üzvləri oğurluq, quldurluq və s. cinayətlərdə ittiham ediliblər.

Dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov və Namiq Babayev ötən il aprelin 14-də DTX-nin əməliyyatı zamanı saxlanılıb.

İstintaqla müəyyən edilib ki Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri mütəşəkkil dəstə təşkil ediblər.

Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərinə talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov kordinasiya edib.

İttihama görə, Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən kordinasiyya edib.






Fikirlər