Əsas Səhifə > Kriminal > Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər
Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər6-05-2016, 11:55 |
Bakıda fahişə şəbəkəsinin toruna düşən türklər və döyülən müştərilər.İnterpress.az-ın redaksiyasına üz tutan 3 türkiyəli turist, Bakıda işbazların toruna düşüb. Onlar da əksər kafe-barlarla əlbir olan əxlaqsız qadınların qurduqları tələyə düşüb. Belə ki, gecə saatlarında könlünə qadınlarla vaxt keçirmək düşən turistlər “odnoklassniki” sosial şəbəkəsində tanış olduqları qadınla əlaqə saxlayaraq görüş təyin ediblər: "Qadın, söhbət zamanı 25 manata görüşdüyünü bildirdi. Yerləşdirdiyi şəklin altında da şəklin ona aid olduğunu yazmışdı.
Nömrəyə zəng edəndə bizi Nizami metrosunun qarşısına çağırdı. Metronun yanında olanda təkrar mənə zəng edin dedi və biz də elə etdik. Bizə Nizami metrosundan köhnə avtovağzal istiqamətində yuxarı tərəfə qalxmağımızı istədi və oradaki marketdən iki qutu siqaret və "RedBull" almağımızı istədi. Biz tapşırılanları alanda onlar artıq bizi gördülər və Mustafa Sübhi küçəsində yerləşən “Kera” kafeyə dəvət etdilər. İçəri girən kimi masanın üstünü biz sifariş vermədən doldurdular. Qızlar içdi, söhbət etdilər. Biz artıq işin nə yerdə olduğunu anladıq və qızlara gedmək istədiyimizi deyəndə bizə hesab gətirildi. Baxdıq ki, 205 manat yazılıb. 105 manat içki, 50 manat da kabinet pulu. Biz hesabın məbləğinə mat qaldıq. Etiraz etdik ki, axı biz sifariş verməmişik, ikincisi də bizəgətirilən içkilər bu məbləğdə deyil. Belə deyəndə içəridən iri cüssəli oğlanlar çıxıb bu məbləği ödəmədən burdan çıxa bilməzsiniz dedilər. Uzun mübahisədən sonra pulumuzun olmadığını izah edə bildik. Bizim üstümüzü axtardılar. Nəyimiz varsa hamısını stolun üstünə boşaltmağı əmr etdilər. Portmana və cibimizdə pul tapmayanda kafenin müdiri bizimlə belə razılaşdı ki, 50 manat verin çıxın. Biz 50 manat ödəyib kafedən uzaqlaşdıq."
Fahişələrlə əlbir işləyən kafe və barlar
Geri qayıt |