Əsas Səhifə > Kriminal > Şok kadrlar: 2 yaşlı uşağı öldürən qadını yandırdılar -
Şok kadrlar: 2 yaşlı uşağı öldürən qadını yandırdılar -10-02-2017, 16:29 |
30 yaşlı qadın 2 yaşlı oğlanı öldürməkdə şübhəli bilinərək tutulmuşdu. Qəzəblənmiş sakinlər qadının saxlandığı polis idarəsinə hücum çəkərək onu çölə çıxarıblar. Daha sonra isə qadını onun od vurulmuş avtomobilinə atıblar. Milli.Az O Globo-ya istinadən bildirir ki, həddən artıq ağır yanıq xəsarətləri almış qadını təcili yardım xəstəxanaya aparıb. Bu linç zamanı 5 yaşlı Marlon Buzanqo Kampuş adlı oğlan da yanıq xəsarətləri alıb. Olay Braziliyanın Amazonas ştatındakı Novo Aripuana şəhərində, Borba bələdiyyəsində yaşanıb. Polisdən verilən məlumata görə, qadın 7 nəfərin olduğu binaya od vurmaqda şübhəli bilinir. Həmin yanğında 2 yaşlı oğlan həlak olmuşdu. Polis idarəsinə hücum çəkmiş 500 yerli sakini isə hadisə yerinə çağırılmış xüsusi təyinatlı polislər və hərbçilər güclə sakitləşdiriblər.
Videonu izləmək üçün şəklə klikləyin: Geri qayıt |