Əsas Səhifə > Kriminal > Gecə klubunda SİLAHLI İNSİDENT

Gecə klubunda SİLAHLI İNSİDENT


23-04-2017, 10:21

Gecə klubunda SİLAHLI İNSİDENT - Yaralananlar var

İstanbulda gecə klubuna gələn müştəri ilə mühafizəçilər arasında mübahisə düşüb. Naməlum şəxs içəri buraxılmayınca silaha əl atıb.

Publika.az "Hurriyet"ə istinadən xəbər verir ki, Etilerdə baş verən hadisə klubda əylənən müştəriləri həyəcanlandırıb.

Silahlı insident zamanı mühafizəçilərdən biri ayağından yaralanıb. Hadisəyə səbəb olan şəxs də boynundan yaralanıb. Sonradan onun müalicə üçün getdiyi xəstəxanadan qaçdığı məlum olub.

Polis hadisə yerini nəzarətə götürüb. Silahlı şəxsin axtarışı davam edir.


Geri qayıt