Əsas Səhifə > Kriminal > Azərbaycanda daha bir "məmur oğlu" qalmaqalı -

Azərbaycanda daha bir "məmur oğlu" qalmaqalı -


6-08-2017, 21:18

 

Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı uşağı maşın vurub.

AzerTaym.az apa-ya istinadən xəbər verir ki, hadisə Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu "Mitsubishi” markalı avtomobil vurub.
Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Fakt araşdırılır.
Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov, hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib

Geri qayıt