Əsas Səhifə > Kriminal > Beynəlxalq axtarışda olan iki azərbaycanlı

Beynəlxalq axtarışda olan iki azərbaycanlı


18-10-2017, 16:27

Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək İnterpolun Daxili İşlər Nazirliyi Milli Mərkəzi Bürosu (MMB) tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan Respublikasının vətəndaşları Səyyaf Tağıyev və Kamilə İbrahimova Qazaxıstanda saxlanılıb.

      
Bu barədə AzərTaym.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bununla əlaqədar Azərbaycan və Qazaxıstan Respublikalarının tərəfdaş çıxdığı Müstəqil Dövlətlər Birliyinin “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının tələblərinə uyğun olaraq S.Tağıyev və K.İbrahimovanın ölkəmizə ekstradisiyası təmin edilib.


Geri qayıt