Əsas Səhifə > Kriminal > Fədayə Laçın 304.2.1 maddəsi
Fədayə Laçın 304.2.1 maddəsi30-10-2017, 17:03 |
Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) saxlanılıb. Hüquq-mühafizə orqanlarından Modern.az-a daxil məlumata görə, Fədayə Laçın Bakı İstintaq Təcridxanasına köçürülüb. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə ittiham irəli sürülüb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a açıqlamasında Fədayə Laçının həbs olunması xəbərini təsdiqləyib: Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Geri qayıt |