Əsas Səhifə > Kriminal > Hacı Qalibin OĞLUNUN müdafiəsinə
Hacı Qalibin OĞLUNUN müdafiəsinə20-11-2017, 13:21 |
Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin məhkəməsi keçirilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, prosesdə Ə.Hüseynzadənin müdafiəsinə yeni vəkil – Lalə Mansurovanın qoşulduğu elan edilib. L.Mansurova cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyib. Məhkəmə noyabrın 27-də davam etdiriləcək. Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına müqavimət göstərməkdə ittiham edilir. Geri qayıt |