Əsas Səhifə > Kriminal > “Grand Hospital”LA BAĞLI CİNAYYƏT

“Grand Hospital”LA BAĞLI CİNAYYƏT


7-12-2017, 14:58

“Grand Hospital”la bağlı cinayət işi başlandı

Bakı şəhər prokurorluğu "Grand Hospital” tibb mərkəzindəki əməliyyatdan sonra baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Qaynarinfo-nun məlumatına görə, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızıüzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib.
Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib.
Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.

Geri qayıt