Əsas Səhifə > Kriminal > POLKOVNİK-leytenant 800 min RÜŞVƏT aldı,

POLKOVNİK-leytenant 800 min RÜŞVƏT aldı,


28-03-2018, 13:54

Polkovnik-leytenant 800 min rüşvət aldı, telefonun kreditini ödəmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt limanının sabiq rəisi polis polkovnik-leytenant Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

AzerTaym.az saytının xəbərinə görə, prosesə hakim Samir Əliyev sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 4-ə təyin edilib.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur.
F.Məmmədxanovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. /Virtualaz.org


Geri qayıt