Əsas Səhifə > Kriminal > Azərbaycanlı BİZNESMEN cinayətkarları yaxalamağa

Azərbaycanlı BİZNESMEN cinayətkarları yaxalamağa


22-10-2018, 11:36

Azərbaycanlı biznesmen cinayətkarları yaxalamağa kömək etdi (FOTO)

Azərbaycanlı biznesmen sayəsində Rusiyada şantajla məşğul olan cinayətkar qruplaşmanın beş üzvü yaxalanıb. 
Bununla bağlı oxu.az Rusiya KİV-ə istinadla məlumat yayıb. 
Cinayətkarlar Novokuznetskdə olan azərbaycanlı biznesmendən aylıq "haqq” tələb edib. O isə bunu ödəməkdən imtina edib. 
Bu zaman cinayətkarlar iş adamına kafedə görüş təyin ediblər. Görüş zamanı biznesmen döyülüb, silahla təhdid edilərək, 10 min rublu (152 ABŞ dolları - red.) alınıb. Bir müddət sonra onlar yenidən biznesmenlə görüşərək, 20 min rubl (304 dollar) alıblar. Bundan sonra azərbaycanlı hüquq-mühafizə orqanlarına müraciət edib. 
Dəstənin bütün üzvləri saxlanılıb. Azərbaycanlı biznesmen təhdidlər səbəbindən hazırda xüsusi mühafizə altında saxlanılır.
 

Geri qayıt