Əsas Səhifə > Kriminal > BAKIDA"Lotu Quli”ylə GÖRÜŞƏ məhdudiyyət qoyuldu -

BAKIDA"Lotu Quli”ylə GÖRÜŞƏ məhdudiyyət qoyuldu -


4-12-2018, 10:52

Ötən həftə Türkiyədən Azərbaycana ekstradisiya olunan "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıda ciddi nəzarət altında saxlanılır. Ən son məlumatlara görə, onun yanına yaxın çevrəsinə daxil olan çox məhdud sayda şəxslər buraxılır.
Musavat.com xəbər verir ki, N.Səlifovun nə vaxta qədər ev dustaqlığında saxlanılacağı bilinmir. Bu haqda ona və yaxınlarına məlumat verilmir. Nadir Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib. Verilən xəbərə görə, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda "Quli” ev dustağı şəraitində saxlanılır.
Qeyd edək ki, N.Səlifov Azərbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra ötən ilin oktyabr ayında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşib. Ancaq 2 aydan artıqdır ki, Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi. Ancaq o, Azərbaycana gətirilib.

Geri qayıt