Əsas Səhifə > Kriminal > məhkəməyə verilib
məhkəməyə verilib10-10-2015, 14:33 |
Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə Departamenti Şamaxı Telekommunikasiya Qovşağını məhkəməyə verib. “Report”un xəbərinə görə, DSMF-nin departamenti pulun tutulmasına dair tələb irəli sürüb. Pulun məbləği açıqlanmayıb. İddiaya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamenti 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb. Geri qayıt |