Əsas Səhifə > Kriminal > Sabiq prokuror HƏBS EDİLDİ

Sabiq prokuror HƏBS EDİLDİ


6-02-2016, 12:10

Sabiq prokuror həbs edildi -

Dələduzluq ittihamı ilə axtarışda olan sabiq prokuror saxlanılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarış elan edilən Pənah Pənahov həbs edilib.
Qusar Rayon Polis Şöbəsi tərəfindən bu ilin yanvar ayında axtarışa verilən sabiq prokuror Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Qusar RPŞ-dən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Pənah Pənahov əvəllər Quba rayon prokuroru olub.

Geri qayıt