Əsas Səhifə > Kriminal > Keçmiş HAKİM dələduzluqda İTTİHAM olunur -
Keçmiş HAKİM dələduzluqda İTTİHAM olunur -15-03-2016, 13:58 |
Adı bir sıra qalmaqallarda hallanan Bakı Apellyasiya Məhkəməsinin keçmiş hakimi bu dəfə dələduzluqda ittiham olunur. “Qafqazinfo”nun ələd etdiyi məlumata görə, prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunan Lətif Ədil oğlu Nəbiyev bir qadından biznes qurmaq üçün külli miqdarda pul almaqda ittiham olunur. Bu barədə Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Rəfayıl Mahmudova 34-cü Polis Bölməsinə müraciət edib. Müraciətlər bağlı araşdırma aparılır. Qeyd edək ki, 2009-cu ildə iş adamı Xanbəyi Zamanov Balaxanı qəsəbəsində məişət tullantıları zavodunun yaxınlığında “Azsamand” markalı avtomobilində "Naqan" tipli tapança ilə öldürülüb, sonra isə yandırılıb. Sonra isə adı bu qətldə sifarişçi kimi hallandığı üçün vaxtından əvvəl hakimlik səlahiyyətlərinə xitam verilib. Geri qayıt |