Qardan sonra Bakıda təmizlik - FOTOLAR

Qardan sonra Bakıda təmizlik

Yanvarın 20-dən başlayaraq Bakı şəhərinə yağan ilk qardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin kommunal xidmətləri tərəfindən Bakı şəhərində payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib.  

“AzerTaym.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, qar yağmış ərazilərdəki prospekt, küçə və yollar gecə saatlarında burada növbədə olan xüsusi təyinatlı texnika və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənmiş, bəzi yerlərə duz səpilib.

Səhər saatlarından etibarən paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıb.

Kommunal xidmətlərin avtonəqliyyat vasitələri  və əməkdaşları tərəfindən prospekt və küçələrin kənarlarının çirklənmədən təmizlənməsi, səki kənarları, bordürlərin və buradakı işıq dirəklərinin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib. 

Eyni zamanda, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sınmış ağaclar budanıb, digər lazımi işlər həyata keçirilib.

Təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər həyata keçirilir. Görülən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır.

Qeyd olunub ki, sabah yanvarın 23-də Bakı Şəhər İcra Hakimiyyəti strukturları üçün iməcilik elan edilib.

 




 






Fikirlər