Əsas Səhifə > Ana səhifə > Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür
Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür3-07-2020, 22:05 |
Ümumi yoluxma hallarının 55,1 faizi Bakının payına düşür. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. TƏBİB sədri deyib ki, Abşeron 16,3 faizlə ikinci, Gəncə-Qazax 8,4 faizlə üçüncü yerdədir. Onun sözlərinə görə, yoluxma digər bölgələr üzrə belədir: Aran 7,5%, Lənkəran 5,8 %, Quba-Xaçmaz 1,6 %, Şəki-Zaqatala 1,4%, Yuxarı Qarabağ 1,1%, Dağlıq Şirvan 1,2% təşkil edir. Yoluxmanın 1,3 %-i xaricdən gələnlərdə aşkarlanıb. R.Bayramlı qeyd edib ki, paytaxtda ən çox yoluxma Binəqədi, Yasamal və Xətai rayonlarındadır. "Oğuz, Yardımlı, Ucar, Zərdab rayonlarında yoluxma səviyyəsi aşağı, Salyan, Neftçala və İsmayıllıda yüksəkdir: “Son günlər Şəki və Yevlax rayonunda da yoluxmanın artması müşahidə olunur”. R. Bayramlı deyib ki, aktiv xəstələrin 38 faizi müalicələrini ixtisaslaşmış xəstəxanalarda davam edir: “Bakı, Sumqayıt və Abşeronda yoluxmanın səviyyəsini aşağı salmasaq, səhiyyə müəssisələrinin üzərinə daha çox yük düşə bilər. Hazırda bir neçə modul xəstəxana da fəaliyyətə başlayıb”. Geri qayıt |