Əsas Səhifə > Ana səhifə > Bakıda növbəti reyd keçirilib

Bakıda növbəti reyd keçirilib


30-07-2020, 01:31

Bakıda növbəti reyd keçirilib

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirləri paytaxtın bütün rayonlarını əhatə edir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrası davam etdirilir.

Göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

 








 


Geri qayıt