Əsas Səhifə > Ana səhifə > “Qaçan əsgərlərimizin rəzilliyini müşahidə edirik”
“Qaçan əsgərlərimizin rəzilliyini müşahidə edirik”8-10-2020, 11:40 |
Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən geri çəkilməkdə davam edir. "AzerTaym.az" bildirir ki, erməni hərbçilərinin qorxaqlığını, döyüş mövqeyini qoyub qaçmasını, əraziləri itirməsini müxtəlif yalanlarla bir müddət ört-basdır edən Ermənistan rəsmiləri artıq özləri də dilə gəliblər. Şuşadakı hərbi təyinatlı obyektlərin Azərbaycan Ordusunun dəqiq zərbələri ilə məhv edilməsindən sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Artsrun Hovhannisyan "Teleqram"da erməni hərbçilərinin qorxaqlığını, rəzilliyini bu cür ifadə edib: "Şuşa yenidən bombalanır, qaçan əsgərlərimizin rəzilliyini müşahidə edirik". Geri qayıt |