Əsas Səhifə > Ana səhifə > Naxçıvan istiqamətində düşmən PUA-sı məhv edildi
Naxçıvan istiqamətində düşmən PUA-sı məhv edildi22-10-2020, 13:56 |
Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib. "AzerTaym.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Geri qayıt |