Əsas Səhifə > Ana səhifə > Xırdalanda PARTLAYIŞ: Dağıntılar altından iki nəfər çıxarıldı

Xırdalanda PARTLAYIŞ: Dağıntılar altından iki nəfər çıxarıldı


25-01-2021, 19:53

Xırdalanda partlayış: Dağıntılar altından iki nəfər çıxarıldı - Video

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

İki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntılar altında digər şəxslərin də qaldığı ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri barədə dəqiqləşdirmə aparılır.


Geri qayıt