Əsas Səhifə > Ana səhifə > Koronavirusa yoluxanların sayı durmadan artır,
Koronavirusa yoluxanların sayı durmadan artır,16-01-2022, 17:05 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 808 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 625 726 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 514 nəfər müalicə olunaraq sağalıb, 8 521 nəfər vəfat edib, aktiv xəstə sayı 8 691 nəfərdir. Ölkədə son sutka ərzində 9 340, hazırkı dövrədək isə 6 006 500 test aparılıb. Geri qayıt |