Əsas Səhifə > Ana səhifə > Jurnalist Laçının icra başçısını buna görə məsxərəyə qoydu:

Jurnalist Laçının icra başçısını buna görə məsxərəyə qoydu:


14-05-2022, 15:00

Jurnalist Laçının icra başçısını buna görə məsxərəyə qoydu:

Laçın Rayon İcra Hakimiyyətinin rəsmi “Facebook” səhifəsi məni bloka salıb.
 
Eşitdik ki, mayın 13-də icra başçısı Aqil  Nəzərli Mərdəkanda  məskunlaşmış  məcburi köçkünlərlə “görüş” təşkil edib. Görüşə əvvəlcədən xüsusi seçilmiş, ancaq onları tərifləyən, məhdud sayda insan çağırıblar. Sonra da sosial şəbəkədə bu “qəbulu”un görüntülərini paylaşıb işlərini bitmiş hesab ediblər.
 
Guya Aqil Nəzərli “əhali”ni (əhali e özü də)) narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Hansı infrastrukturun, hansı əhalinin?)) Yazıblar ki, Prezidentin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün BELƏ səyyar görüşlər davamlı olacaq.
 
Aqil müəllim, BELƏ görüş olmur, kimin gözünə kül üfürsüz?! “BELƏ” görüşün altına yazdığım şərhdən sonra rayon icra hakimiyyəti məni bolklayıb. Bunların əlində səlahiyyət olsa, özləri kimi düşünməyənləri ya həbsə, ya da sürgünə göndərərlər. “Adam”lar tənqidə, irada dözümsüzdür. Gələcəyin baxilli "laçınlıları"...
 
Yeganə Quliyeva, Teleqraf.com saytının əməkdaşı

Geri qayıt