Cavanşir Məmmədov yıxıb-sürüdü: “Sən Mənzurə on il əvvəl… ” - QALMAQAL

Müğənni Mənzurə Musayevanın Şahmalı Kürdoğlunu imperator adlandırması əməkdar artist Cavanşir Məmmədovu əməlli-başlı özündən çıxarıb.

 İmperator titulunun yalnız ona məxsus olduğunu deyən müğənni Publika.az-a açıqlamasında qarşı tərəfin ünvanına sərt danışıb:

 “Sən Mənzurə on il əvvəl niyə bu sözləri demirdin, noolub, belə çıxır ki, musiqini indi başa düşürsən. Ondan soruşun görək, imperator titulunun Cavanşirə verildiyindən xəbərin yoxdur? Mənzurə televizora-zada baxmır, bilmir ki, İlhamə xanım bu titulu mənə verib? İkincisinə də qalanda İlhamə İlhamədir, Mənzurə də Mənzurə. Qoy nə istəyir desin, özü bilər”.






Fikirlər