Eltondan Zaur Kamala — efir vaxtı İRAD

Eltondan Zaur Kamala — efir vaxtı İRAD

"Xəzər" televiziyasında yayımlanan "5-də 5" verilişində qonaq olan müğənni Elton Hüseynəliyev aparıcı Zaur Kamala iradını bildirib.

Ölkə.Az-ın məlumatına görə, efirə ansamblı ilə gələn sənətçi ifasının vaxtından əvvəl kəsilməsinə etiraz edib:

"Bilmirəm ki, niyə belə olur? Hər dəfə efirə ansamblla gəlirsən, canlı oxumaq istəyirsən. Cəmi iki mahnı oxuyursan, qalanları da parça-parça ifa etməli olursan. Sonra deyirlər ki, vaxt bitdi".

Proqramın digər qonağı Natəvan Həbibi də Eltonun dediklərini təsdiqləyib:

"Sonra elə bilərlər ki, mahnını bilmədiyimiz üçün dayandırılıb".

Zaur Kamal isə müğənnilərin iradına belə cavab verib:

"Xeyr, mən reklamları oxuyanda fonda sizin səsiniz gəlirdi. Eybi yox, Natəvanla konsert verərsiniz, gəlib dinləyərlər".






Fikirlər