Röya ilə Miri Yusifdən 3 milyonluq REKORD - VİDEO

Reper Miri Yusifin əməkdar artist Röya ilə birgə dueti olan “Səndən bir dənədir” mahnısı baxılma sayına görə rekord qırıb.

 Publika.az xəbər verir ki, bunu reper özü deyib və təəssüratını belə ifadə edib.

 “İki aya 3.000.000 baxış! Bizim üçün daim ilklərə imza atmaq artıq ənənəyə çevrilib. Belə qısa müddətdə bu qədər baxış yığmaqla mütləq rekord qıran “Səndən bir dənədir” mahnısının uğuruna paxıllıq edənlərə çoxlu salam göndəririk! Təşəkkürlər ruh əkizləri!”

 Qeyd edək ki,  “Səndən bir dənədir” Miri Yusiflə Röyanın üçüncü duetidir.

 

 

 

 






Fikirlər