Stiven Siqal Rusiyada Azərbaycan TARI İLƏ

Hollivud ulduzu Stiven Siqal iki gün əvvəl Rusiyada səfərdə olub.

Oxu.az xəbər verir ki, o, səfər zamanı əslən azərbaycanlı (atası azərbaycanlı, anası isə almandır) kulinar, yazıçı, fotoqraf Stalik Xankişiyev ilə görüşüb.S.Xankişiyev sosial şəbəkədə əlində Azərbaycan tarı olan dünya ulduzunun fotoşəklini paylaşıb.

Xatırladaq ki, Stiven Siqal 2015-ci ildə Bakıya gəlişi zamanı İçərişəhəri gəzərək milli musiqi alətlərimizə böyük maraq göstərib.






Fikirlər