6 İLLİK ƏRİNDƏN boşanmaq İSTƏYİR - Fotolar

6 illik ərindən boşanmaq istəyir

Türkiyənin məşhur aparıcı və aktrisası Hande Ataizi 6 illik italyan əri Benjamin Harveydən boşanır. “Qafqazinfo” xəbər verir ki, o, ayrılmağını rəsmi olaraq təsdiqlətmək üçün İstanbul Ailə Məhkəməsinə müraciət edib. 

Hande məhkəməyə təqdim etdiyi ərizədə qeyd edib: “Evliliyimizin ilk illərində yaranan sevgi və hörmət bitib. Fərqli mədəniyyətdə böyüməyimiz münasibətlərimizə təsir edir və gərginlik artır. Bu səbəbdən evliliyimizi rəsmi olaraq bitirmək istəyirik”.

Qeyd edək ki, cütlüyün bu nikahdan Leon adlı oğlan övladı var. 

 









Fikirlər