“HƏR YERİ QADIN...” - Ayselin bu sözləri MÜZAKİRƏ olunur

“Hər yeri qadın...” - Ayselin bu sözləri müzakirə olunur

Şairə Aysel Əlizadənin sözlərinə yazılmış “Hər yeri qadın” adlı yeni mahnı təqdim olunub.

"AzerTaym.az" Axşam.az-a istinadla xəbər verir ki, bəstənin aranjimanı Ramal Rəsula, ifası Tural Qismətə məxsusdur. Mahnının musiqisini Nazim Cəfərov bəstələyib. Mahnı haqda açıqlama verən Aysel Əlizadə bildirib ki, sözlərinə musiqi yazılması onun üçün gözlənilməz olub:

Aylar öncə bir şeir paylaşmışdım, Nazim Cəfərov gözlənilmədən ona musiqi bəstələyib “Facebook”da öz ifasında səsləndirdi. Çox bəyəndim. Çünki o sözlərə musiqi yazmaq hər kəsin ağlına gəlməzdi. Bizdə belə sözlərə musiqi yazılmır. Üstündən yenə aylar  keçdi, Tural bəy həmin mahnını eşitdi və aranjimana verib oxudu. Gedişat göstərir ki, mahnını eşidənlər arasında özünü itirənlər çox olur”.                     

Bu məqamda qeyd edək ki, mahnının sözləri sosial şəbəkədə geniş müzakirə olunmağa başlayıb. Şeirdəki “Hər yeri qadın” ifadəsi dinləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Şeirin sözlərini və mahnını təqdim edirik:

Hər yeri qadın sevgili.
Gözləri təmiz,
ruhu dəniz,
ürəyi tablo...
içi dolu sevgili...
Gözləri doğma qadın,
Duadı sənin adın...
Baxışıyla danışanım, 
Gözlərin elə duru, gözlərin elə aydın...
Hər yeri qadın,
hər yeri ...

 






Fikirlər