Bakıda yaşayan qarabağlı sənət adamları geri qayıdacaqlar? - CAVABLAR

Bakıda yaşayan qarabağlı sənət adamları geri qayıdacaqlar? - CAVABLAR

“Bu insanların böyük əksəriyyəti kənd yerlərindən didərgin salınıb, ancaq nədənsə məskunlaşma şəhərlərdə aparılıb. Əlbəttə ki, bu insanları yenə də rayon yerlərinə qaytarmaq üçün xüsusi proqram olmalıdır. Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik”.

Modern.az saytı bu sorğunu Qarabağın məşhur simalarına ünvanlayıb.

Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov:

“Mənim Ağdamda ata evim var. Amma, əlbəttdə ki qarabağlı olaraq, orada keçirilən bütün lahiyələrdə, tədbirlərdə iştirak edəcəm”.

Füzulidən olan Əməkdar artist Süleyman Abdullayev:

“Yaşlı olduğum görə, bəlkə də orada özümə şərait qurmaq üçün ömrüm çatmaz. Amma yollar təmizlənsin, oranı gəzmək arzumdur. Allah möhlət versə, əlbəttə yaşayaram”.

Cəbrayıldan olan Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Yaqut Abdullayeva:

“Mən o torpaqlara dizin-dizin gedərəm. Həmin torpaqlardan öpüb, ata-baba yurdumu gəzərəm. Bu xoşbəxtçiliyi bizə yaşatdığı üçün İlham Əliyevə təşəkkür edirəm”.

Kəlbəcərdən olan xanəndə Babək Niftəliyev:

 

“O torpaqlarda qan tökülüb. Neçə-neçə igidlərimiz Qarabağ uğrunda şəhid, qazi olub. Əlbəttdə, gedərəm. Ora bizim dədə-baba yurdumuzdur”.






Fikirlər