“Yaxşı etdim Tacirlə Fədayəni ayırdım”

Müğənni İlahə Fəda Tacir Şahmalıoğlunun onun haqqında dediklərinə münasibət bildirib. 

“Şou xəbər”ə açıqlama verən İlahə Tacirin Fədayə Laçın haqda danışmasına əsəbiləşib:

“Əl çəkmir: Fədayə elə, İlahə belə. Get, sənətlə məşğul ol. Mənim bacım sənətkardır. Tacir hər zaman onu aşağı çəkib. Biri var musiqiçi, biri də var “manıs”. Onunla Fədayəni ayırdım, yaxşı da etdim”.

Qeyd edək ki, Tacir İlahə haqda “Bacısı aranı qarışdırmaq istədi, alınmadı. Çünki qalmaqala gedən adam deyiləm. Od olan yerdə su olmaq lazımdır. Odun üstünə benzinlə getmək bir şey deyil. Adım var, hamı məni bir simada tanıyır” sözlərini demişdi.






Fikirlər