"ELƏ EDƏCƏYİK ki, VERLİŞ BAĞLANSIN..." - Əkizlər

"Elə edəcəyik ki, veriliş bağlansın..." - Əkizlər

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları yenidən aparıcı kimi efirə qayıtmağa hazırlaşırlar.

AzerTaym.az axşam.az-a istinadən xəbər verir ki, əkizlər bu haqda bir müddət əvvəl İnstaqram-da yazmışdılar. Bu dəfə isə onlar "5/5" verilişində layihə haqda geniş açıqlama veriblər.

Bacılar bildiriblər ki, proqramın layihə rəhbəri özləri olacaqlar:

"Planımızda var. Layihə özümümüzün olacaq. Kanallardan birində təqdim edəcəyik. İlk təklif "Xəzər"ə olacaq. Elə edəcəyik ki, biz proqramdan gedəndən sonra veriliş bağlansın. Buna görə də layihə özümüzə aid olacaq.

Veriliş elə bir şeydir ki, sənin övladın olur. Yeni layihəmiz elə olacaq ki, bizsiz yayımlanmayacaq. Elə vaxt seçəcəyik ki, uşaqlar məktəbdə olmasın, xanımlar evdə yemək bişirsin, yəni hamı izləyə bilsin".

Qeyd edək ki, Sevil və Sevinc "Hər şey daxil" proqramında aparıcılıq edirdi. Onlar daha sonra proqramdan uzaqlaşdılar. Hazırda verilişə prodüser Tarix Əliyev aparıcılıq edir. Əkizlər və Tolik küsülüdür.

 






Fikirlər