Əsas Səhifə > Maqazin > “Batalyon” filmində Sərdar Həmidovun adı niyə çəkilmir? -
“Batalyon” filmində Sərdar Həmidovun adı niyə çəkilmir? -9-03-2017, 15:13 |
“Sərdar Həmidovun böyük xidmətləri olub. Adı çəkilməyib, amma filmdə onunla bağlı olan kadrlar var. Filmə baxsanız, həmin kadrları görə bilərsiniz. Sərdar Həmidovun böyük xidmətləri olub, bu, danılmazdır. Əsgərlərə hər zaman arxa-dayaq olub, əlində avtomat öndə gedib”. Bunu Modern.az saytına açıqlamasında Tərtər batalyonu və onun döyüşçüləri haqqında çəkilən “Batalyon” sənədli filminin rejissoru Nizami Abbas deyib. Sərdar Həmidovu şəxsən tanıdığını və böyük xidmətlərini gözəl bildiyini deyən rejissor film efirə gedəndən sora daha geniş açıqlama verəcəyini bildirib: “Film mənim versiyamda tamam başqa idi. İnşallah, onu Youtube-da yerləşdirəcəyəm. Amma filmdə Həmidov bilinir. Sizə deyim ki, həmi kadrlara pis münasibət də olmadı”.
Geri qayıt |