Əsas Səhifə > Maqazin, Slayd > Qarabağ separatçıları beynəlxalq gözəllik yarışında təmsil olunacaq

Qarabağ separatçıları beynəlxalq gözəllik yarışında təmsil olunacaq


15-03-2017, 12:38

İspaniyada keçiriləcək beynəlxalq gözəllik yarışmasında Dağlıq Qarabağdakı separatçı rejim müstəqil dövlət kimi təmsil olunacaq.

Modern.az xəbər verir ki,  “Costa Blanca Fashion Week-International Best Male and Female World-2017” festivalında erməni fotomodel Şuşan Yeritsyan “Dağlıq Qarabağ Respublikası”nı təmsil edəcək. O bu barədə öz Facebook səhifəsində məlumat verib və müvafiq şəkil yerləşdirib.

Xatırladaq kiCosta Blanca Fashion Week-International Best Male and Female World-2017” festivalı 5-15 may tarixlərində keçiriləcək.


Geri qayıt