Əsas Səhifə > Maqazin > Adları kriminal olaylarda hallanan
Adları kriminal olaylarda hallanan31-10-2017, 16:31 |
Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) saxlanılıb. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Həbsdə olan müğənnilərdən biri son illər ortaya çıxan və çoxlarının heç ifa tərzini eşitmədiyi Maral Tahirqızıdır. Əslində onu müğənni edən media oldu. Mərhum xalq artisti İlhamə Quliyevanın adı əvvəlcə məşhur adam oğrusu – Daxili İşlər Nazirliyinin keçmiş zabiti Hacı Məmmədovla, daha sonra isə ləğv edilmiş MTN hadisələrində hallanıb. Onun Hacı Məmmədovla olduğu kimi, sabiq MTN rəhbərliyilə də şəxsi münasibətlər qurduğu deyilirdi. İ.Quliyeva son hadisələrlə bağlı açıqlama verməsə də, Hacı Məmmədovla dostluğunu özü də təkzib etmirdi, ancaq “qara işlər”indən xəbərsiz olduğunu vurğulayırdı. Hacı Məmmədovun daha bir “qurbanı” xalq artisti Brilliant Dadaşova olmuşdu. Hacı Məmmədovun dəstəsinin zərərsizləşdirildiyi məşhur “Qara kəmər” əməliyyatından sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı. O zaman hətta daxili işlər naziri Ramil Usubovun özü Brilliant xanımın olayı ilə bağlı mətbuata açıqlama vermişdi. Hacı Məmmədovla yanaşı adı çəkilən digər müğənni isə Manana Çaparidzedir. Manananın Hacı Məmmədovla “Qarabulaq” istirahət mərkəzində çəkdirdiyi fotolar başına bəla olmuşdu. O zaman M.Caparidzeyə H.Məmmədovun «Mercedes” markalı avtomobil hədiyyə etdiyi də iddia edilirdi. Həbs olunmaq təhlükəsi olan müğənnilərdən biri də Rəqsanədir. 2012-ci ildə Suraxanı rayon Polis İdarəsində onun barəsində dələduzluq və xeyli miqdarda dələduzluq etmək maddəsi ilə cinayət işi açılmışdı. Fakt üzrə 4 nəfər zərərçəkmiş vardı. Həmin şəxslər müğənninin keçmiş sevgilisi Faiq Azayev, keçmiş prodüseri Təranə Səmədova və digər 2 nəfərdir. Müğənninin F.Azayevə 200.000 manat, T. Səmədovaya 27.000 manat məbləğində borclu olduğu bildirilirdi. Rəqsanə İsmayılova 2014-cü ildə yenidənməhkəməyə verilib. Bəstəkar-müğənni Hikmət Aslanov Rəqsanədən Səbail rayon Məhkəməsinə şikayət edib. Hikmət Aslanov şikayətində qeyd edib ki, Rəqsanə onun müəllifi olduğu mahnını oğurlayıb. Bəstəkar-müğənni Rəqsanənin Cinayət Məcəlləsinin 165.1-ci (müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə) maddəsi ilə cəzalandırılmasını istəyib. Səbail rayon Məhkəməsində işə baxan hakim şikayəti təmin etməyib. Hakim Rəqsanə İsmayılovanın əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlib. “Elit-star" ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərovanın adı da cinayət əməlində hallanıb. Məlumatlara görə, ifaçının keçmiş qonşusu polisə şikayət edərək bildirib ki, Cəmilə tanışı ilə birlikdə yaşadığı Nizami rayonu ərazisində qonşusunun avtomobilini mənimsəyib və bu yolla dələduzluq edib. Həmin şikayət əsasında müğənni istintaqa çağırılaraq dindirilib. Geri qayıt |