Əsas Səhifə > Maqazin > Nadir ƏMƏLİYYAT olundu -
Nadir ƏMƏLİYYAT olundu -9-01-2018, 23:33 |
Bu gün müğənni Nadir Qafarzadə əməliyyat olunub. “Qafqazinfo”nun Criminal.az-a istinadən məlumatına görə, əməliyyat Bakıdakı özəl klinikalardan birində həyata keçirilib. Lakin o,xəstəxanaya düşməsinin səbəbini açıqlamayıb. Sayta daxil olan məlumatda iddia olunur ki, N.Qafarzadə bu gün plastik əməliyyat keçirib. Əməliyyat zamanı onun dodaqlarındakı süni gel çıxarılıb, bundan başqa daha gənc görünmək üçün gözətrafı artıq ətlər götürülüb. Əməliyyatı uzman, plastik və estetik cərrah Dr. Mircəfər Seyid həyata keçirib. Klinikadan isə bildirilib ki, belə məsələlər barədə mətbuata açıqlama verilmir. Xatırladaq ki, Azərbaycan şou-biznesində plastik əməliyyat etdirən kişi müğənnilər var. Onlar arasında Rəhim Rəhimli, Faiq Ağayev, Samir Bağırov plastik əməliyyat etdirənlər sırasındadır. Hətta N.Qafarzadə mətbuata açıqlamasında plastik əməliyyat etdirdiyini gizlətməyib, əksinə '“mən sənət adamıyam, lazım gəlsə yenə etdirəcəyəm. Bu mənim şəxsi işimdir'” deyib. Geri qayıt |