Əsas Səhifə > Maqazin, Slayd > Azərbaycanlı aktrisa ACIQ VERDİ:
Azərbaycanlı aktrisa ACIQ VERDİ:21-03-2018, 13:02 |
"Mən komplekssiz aktrisayam" deyən Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Abbasovanın bu açıqlaması həmkarlarını qıcıqlandırmasa yaxşıdır.
"Azərbaycanın tanınmış aktrisaları Nəcibə Məlikova, Leyla Bədirbəyli, Nəsibə Zeynalova kimi korifey sənətkarlarımız əndamlı qadınlar olublar. Mən də heç vaxt ifrat dərəcədə arıq olmaq istəmirəm. Əndamlı xanımlar hər zaman ən cazibədar qadınlar sayılıb. Hərçənd bəziləri bunu etiraf etməsələr də, elə qadınların vurğunudur. Mən özüm heç vaxt arıq olmamışam. Ən az çəkim 56 kilo olub, onda da yumru görünürdüm. Məni bəyənən belə bəyənib. Ola bilər ki, 5-7 kiloya qədər arıqlayım, lakin yaxın aylarda belə bir planım yoxdur. Səbəbsə odur ki, yeni bir filmə dəvət almışam, orada canlandıracağım obraz əndamlı xanımdır. Hələ bir az da kökəlməliyəm". Geri qayıt |