Əsas Səhifə > Maqazin > Vüsalə seriala çəkilir

Vüsalə seriala çəkilir


7-01-2019, 12:33

Aparıcı Vüsalə Əlizadə yenidən aktrisalığa başlayıb. 

Axşam.az-ın məlumatına görə, o, bundan sonra ATV-də yayımlanan "Bacanaqlar" serialında rol alacaq. Vüsalə ekran işində Leyli obrazını canlandıracaq.
 
Bu haqda aparıcı özü xəbər verib. O, "Bu gündən "Bacanaqlar"da Talehlə Leylinin dövrü başlayır" sözlərini yazıb. 

Qeyd edək ki, Vüsalə bundan əvvəl "Qardaşlar" serialında rol almışdı.


Geri qayıt