Əsas Səhifə > Maqazin, Slayd > “Hələ də ŞƏRLƏNİRƏM...” - Elnarə

“Hələ də ŞƏRLƏNİRƏM...” - Elnarə


6-02-2019, 13:22

“Hələ də şərlənirəm...”

Müğənni Elnarə Xəlilova həmkarı Natavan Həbibi ilə küsülü olması barədə yayılan şayiələrə aydınlıq gətirib.

 AzerTaym.az" bildirir ki, Elnarə MTV-yə açıqlamasında aparıcısı olduğu radio verilişində Natavana söz atmadığını vurğulayıb:

“İstəyirəm ki, insanlarda vicdan və şərəf olsun. Hər şeyi öz xeyirlərinə yozmasınlar.  Xəbər çıxdı, gecəylə o məsələni həll etdim, anlaşılmazlıq olub. Çox yersiz söhbətlərdir. Bu yaşa çatmışam, hələ də şərlənirəm. Özüm Natavanla hər gün danışıram, hal-əhval tuturam. Onun indiki vəziyyəti məni narahat edir. 

Deyirdim ki, ay Allah, hormonları oyaqdır, kim bilir xəbəri görüb necə qarşılayacaq. Məni ən gözəl o tanıyır. O bilir ki, ağzımdan çıxardığım sözlərə cavabdehəm. Ümumiyyətlə, aparıcısı olduğum radio verilişində onun haqqında söhbət açmamışıq”. 

Xatırladaq ki, müğənni “Konfet” proqramında modelyer Elnarə Bəkirovaya “Bəziləri toyunda üç gəlinlik geyinir. Buna necə baxırsınız?” sualını verib. iddia olunub ki, o, toyunda 3 gəlinlik geyinən Natavana söz atıb. 


Geri qayıt