Əsas Səhifə > Maqazin > TEYMUR Əminin QƏBİRÜSTÜ ABİDƏSİ qoyuldu — FOTOLAR

TEYMUR Əminin QƏBİRÜSTÜ ABİDƏSİ qoyuldu — FOTOLAR


22-07-2020, 00:18

Xalq artisti, Prezident təqaüdçüsü mərhum Teymur Mustafayevin qırx mərasimi keçirilib.

Pravda.az-ın məlumatına görə, mərasimlə əlaqədar olaraq T.Mustafayevin qəbirüstü abidəsi qoyulub.

Onun qəbirüstü abidəsi həyat yoldaşının və oğlunun məzarı yanında ucaldılıb.

Mərasimdə mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Qırx mərasimi zamanı Xalq artisinin məzarı önündə nəvəsi Elxanın və Novruzovlar ailəsinin adından əklil qoyulub.

Qeyd edək ki, T.Mustafayevin qızı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşının həyat yoldaşıdır.
Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb. T.Mustafayev iyunun 12-də doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

 


Geri qayıt