Əsas Səhifə > Maqazin > Manaf Ağayev əsgərlərin toyunda pulsuz oxuyacaq

Manaf Ağayev əsgərlərin toyunda pulsuz oxuyacaq


18-11-2020, 18:20

Manaf Ağayev əsgərlərin toyunda pulsuz oxuyacaq - Video

Sosial şəbəkələrdə bir neçə əsgərimizin tanınmış müğənnilərə salam göndərməsinə dair videolar yayılıb. Həmin videogörüntülərdə hərbçilərimiz bəzi müğənnilərə səmimi ürək sözlərini çatdırıblar.

 "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, müğənni Manaf Ağayev həmin kadrları gördükdən sonra sosial şəbəkə hesabında açıqlama verib. İfaçı videodakı əsgərlərin toyunda pulsuz oxumağa hazır olduğunu deyib:     

"Bugünlərdə sosial şəbəkələrdə əsgərlərimizin bir videosunu gördüm. Videoya mən də münasibət bildirmək istəyirəm. Mən şəxsən öz adımdan deyirəm videoda olan əsgərimizin toyunda iştirak etməyə canla-başla hazıram. Təki sağ salamat evlərinə dönsünlər əsgərlərimiz. Yaşasın Ordumuz! Yaşasın Azərbaycan!".

Həmin görüntüləri təqdim edirik:


Geri qayıt