Əsas Səhifə > Maqazin > “Şagirdin hicabını zorla açan məmurun özünü soyundurmaq lazımdır“

“Şagirdin hicabını zorla açan məmurun özünü soyundurmaq lazımdır“


18-02-2021, 09:29

“Şagirdin hicabını zorla açan məmurun özünü soyundurmaq lazımdır“ - Miri Yusif

Xalq artisti Miri Yusif məktəb direktorunun şagirdin hicabını açması xəbərinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Novxanı kəndində yerləşən 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın hicablı şagirdi içəri buraxmaması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Məsələyə münasibət bildirən Miri Yusif sərt reaksiya verib. O, məktəb direktorunu qınayaraq "Məncə, şagirdin hicabını zorla başından açıb yerə atan məmurun don və ya şalvarını zorla açıb yerə atmaq lazımdır!" – deyə şərh yazıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirən direktor şagirdə təzyiq etmədiyini bildirib:

“Məktəbimizdə 1300 şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Ümumiyyətlə, bizim məktəbdə başı bağlı qız şagirdlərimiz və müəllimlərimiz yoxdur. Bu gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Mən ona dedim ki, bayıra çıxanda  bağlayar, məktəbin daxilinə girəndə başını açacaq, yenə bayıra çıxanda bağlayacaq, gedəcək. Uşaq da elə başını açdı, girdi dərslərini keçdi, getdi. Qız uşağıdır, ona nə şiddət olunacaq? Özü də mən uşaqla yox, onun anası ilə danışdım”

“Şagirdin hicabını zorla açan məmurun özünü soyundurmaq lazımdır“ - Miri Yusif

Geri qayıt