Əsas Səhifə > Maqazin > Rəqsanədən ərinə ETİRAF: “Hər gün üçün sənə borcluyam“

Rəqsanədən ərinə ETİRAF: “Hər gün üçün sənə borcluyam“


12-10-2021, 22:50

Rəqsanədən ərinə etiraf: “Hər gün üçün sənə borcluyam“ – VİDEO

Müğənni Rəqsanə İsmayılova əri Fazil Əmiraslanovla paylaşım edib.

Yenisabah.az xəbər verir ki, o, əri ilə rəqs edərkən çəkilmiş videonu sosial şəbəkədəki səhifəsində paylaşıb.

Əkiz övladlarının ad günündə çəkilmiş görüntüləri paylaşan müğənni ərinə etiraf edib:

"Hər şey Allahın əlindədir. Allah istəməzsə, yarpaq belə yerə düşməz. Hər günü yaşadığım həyatı, xoşbəxt qadın olmağımı birinci Allahıma, ikinci sənə borcluyam. Şükürlər olsun. Allah övladlarımızı qorusun. Dünən gözəl bir gün oldu. Övladlarımızın ad gününü qeyd etdik".

Qeyd edək ki, Rəqsanə biznesmen həyat yoldaşı Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olduğunu bildirib.

4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib.

Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını da öz soyadına keçirib.

Həmin görüntüləri təqdim edirik:


Geri qayıt