Əsas Səhifə > Maqazin > “Müğənnilər özlərinə hörmət etmir” - “Səhər Nanənin, axşam

“Müğənnilər özlərinə hörmət etmir” - “Səhər Nanənin, axşam


16-06-2022, 14:39

“Müğənnilər özlərinə hörmət etmir” - “Səhər Nanənin, axşam Zaurun verilişində...”

“Müğənnilər özləri özlərinə hörmət etmirlər. 3 ay otururlar evdə, 3 ay sonra birdən başlayırlar efirə çıxmağa...”

 

Bu sözləri Yenisabah.az-a tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) deyib.  

O, tezliklə sosial layihəyə başlamaq niyyətində olduğunu açıqlayıb:

“Bu gün əyləncəli verilişlərin demək olar ki, hamısı bir-birinin təkrarıdır. Ona görə mən sentyabr ayından sosial veriliş aparmaq fikrindəyəm, rəhbərlikdən də icazə almışam. Çünki, müğənnilərin danışacağı mövzuları da qalmayıb, ölkədə 7 kanal var, hamısında olurlar. Bu gün bu kanalda, sabah digərində qonaq olurlar. Necə olur ki, dünən başqa verilişdə olan adam sabah bizim verilişdə olur? Bilirsiniz, müğənnilər özləri də özlərinə hörmət etmirlər. 3 ay otururlar evdə, 3 ay sonra birdən başlayırlar efirə çıxmağa, səhər Nanənin, günorta Samirin, axşam Zümrüdün, ertəsi gün Tolikin, Zaurun, Mikayılın verilişində qonaq olurlar. Müğənni özünə hörmət etməlidir. Çalışdığım MTV kanalında özüm də bunun şahidi oluram, elə müğənnilər var ki, onların üzünü görmməkdən bezmişəm. Onların adını “növbətçi müğənnilər” qoymuşam. Onlar özlərinə hörmət etmirlər, düşünmürlər ki, necə səhər tezdən yığıb müğənniyə deyə bilərsən ki, “Saat 10-da verilişimə gəl”. Mən bir ildən çox efirsiz qaldım, inanın ki, həyatı boyu 1 saat qalmış məni yığsaydılar ki, gəl, o efirə qonaq getməzdim. İnsan şəxsiyyətinə hörmət etməlidir”.

Prodüser şou-biznesin iki yerə bölündüyünü qeyd edib:

“Ona görə də müğənnilərin çoxsu efirə gəlmir. Bu gün şou-biznes iki yerə bölünüb: bayağı və reytinqli olanlar və reytinqli olub bayağı müğənniləri sevməyənlər. O deyir mən bununla efirə çıxmıram, bu da deyir onunla. Beləcə ara bölünür. Məsələn, xanəndələr var ki, deyirlər mən filankəslə efirə gəlmirəm.

Mən efirimdə fərqlilik etmək istəyirəm. Məsələn, həftədə bir dəfə müəllimi tələbəsi ilə birgə efirə dəvət edirəm, amma bunu da hər dəfə etmək olmur. Yenə də məcburuq ki, eyni adamları efirə dəvət edək, nə edək, buna məcburuq”.

 Tolik efirə çıxmaq üçün qonorar tələb edən məşhurlara da ismarıc göndərməyi unutmayıb:

“Bəzi müğənnilər bir ara efirə çıxmaq  üçün qonorar tələb edirdilər. Kanallar sizə pul vermədilər, nə oldu, kanal batdı? Məsələn, mən bilsəm ki, bir müğənni mənim verilişimə gəlmir, 3 saat özüm efirdə danışaram, telefonu qoyaram, tamaşaçıların zənglərini cavablayaram, yəni müğənnidən asılı olmaram. Müğənniyə ehtiyacım olur düzdür, amma bütün şou-biznes çıxıb desə ki, “efirlərə getmirik” efirlərin onlara ehtiyacı olmaz. Necə olur ki, bir klip çıxaran kimi, layihə edən kimi efirə çıxırlar?! Müğənnilər başa düşsün ki, bu gün “İnstagram”, “TikTok” göstərici deyil, televiziya hər zaman öz reytinqini qoruyub.Ona görə də müğənnilər düşünməsinlər ki, telekanallardan pul istəsələr, onlara veriləcək, şəxsən mən heç kimə pul vermərəm. Heç sponsorlar da demir ki, sizin verilişə filan müğənni gəlmirsə, biz sizlə əməkdaşlıq etmirik. Belə şey heç bir kanalda olmur”.


Geri qayıt