Əsas Səhifə > Maqazin > “Onları dərin bir quyuda basdırmaq lazımdır”

“Onları dərin bir quyuda basdırmaq lazımdır”


21-09-2022, 18:47

“Onları dərin bir quyuda basdırmaq lazımdır” - Nadir Qafarzadə

Son günlərdə Azərbaycanda “TikTok” sosial şəbəkəsinə girişin bağlanması ictimaiyyət arasında müzakirələrə səbəb olub. Bu platformadan istifadə edən insanlar müxtəlif mövqelər ortaya qoyurlar. Cəmiyyətin intellektual, hissəsinin çoxu bu şəbəkənin bağlanmasını dəstəkləyir, digər hissə yasağa etiraz edir.

Hər tərəfin öz arqumentləri var. Hətta bəziləri Azərbaycanda bütün sosial şəbəkələrin bağlanması və milli sosial şəbəkə yaradılmasını təklif edirlər. Onların fikrincə, sosial şəbəkələrə görə olan-qalan dəyərlərimiz də məhv olub gedəcək, ortalıq saxta xəbər, dezinformasiya, təxribat xarakterli materiallarla dolacaq və gənc nəsil zombi kimi yetişəcək. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə bəzi sosial şəbəkə istifadəçilərinə qarşı amansız olub və onları sərt şəkildə tənqid edib:

“Bilirsiniz, cəmiyyətin pozulmasında sosial şəbəkələr günahkar deyil, pozğun onsuz da pozğun, əxlaqsız və tərbiyəsizdir. Onlar harada olsa, özlərini göstərəcəklər. Yaxşı ki, bu sosial şəbəkələr açılıb və biz bəzi insanların "aşağı çəkisi"ni, hətta "çəkisizliy"ini görə bildik. İnsanın bir "çəki"si olmalıdır, orada olan bəzi yaşlı qadınlara, digər insanlara etdikləri hərəkətləri heç yaraşdırmıram.

Sosial şəbəkələrdə yaxşılar da var, amma 10 faiz. 90 faiz istifadəçini isə ver güllənin qabağına, getsin... Heç onlar üçün “ah, uf” demək də lazım deyil. Onlar üçün nə yas saxlamaq, nə də ağlamaq lazımdır, çünki zibil zibildir. Fərqi yoxdur, zibil harada varsa, onu ya tullayırlar, ya yandırırlar, ya da dənizə atırlar. Sadəcə dəniz heyfdir, nə olsa, dənizə atırıq, o da yazıqdır. Ona görə bu tullantıları birdəfəlik güllənin qabağına verib, çox dərin bir quyuda basdırmaq lazımdır ki, heç qoxusu da gəlməsin! Sözlərim yaxşılardan uzaq, mən fikirlərimdə pisləri nəzərdə tutmuşam”.   

 


Geri qayıt